Ana Sayfa > Karusel / Hadisə / M2 > Bir gündə dənizdən iki meyit tapıldı

Bir gündə dənizdən iki meyit tapıldı


20-04-2015, 14:18. Yazar: Xeberaz
Bir gündə dənizdən iki meyit tapıldı
DİN məlumat yaydı.

Aprelin 19-da Bakıda və Neftçala rayonunda dənizdən meyit tapılıb.

Xeberaz.az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində, dənizdə, qəsəbə sakini Şamil Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Həmin gün Neftçala rayonunun Qoltuq qəsəbəsində, dənizdə 25-35 yaşlı çürüməyə məruz qalmış kişi meyiti tapılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.
Geri dön