Ana Sayfa > Karusel / Dünya / M2 > F-22-lər Qara dənizə göndərildi

F-22-lər Qara dənizə göndərildi


26-04-2016, 14:43. Yazar: Xeberaz
F-22-lər Qara dənizə göndərildi
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rumıniyanın Qara dəniz sahilindəki Mixail Koqalniçanu hərbi bazasına iki ədəd F-22 qırıcı təyyarəsi göndərib.

"Xəbəraz.az " xəbər verir ki, NATO nümayəndəsi Daniel Lihotski “Röyter”ə açıqlamasında təyyarələrin İngiltərədən Rumıniyaya gətirildiyini deyib.

Məlumat üçün qeyd edək ki, F-22 dünyanın ən inkişaf etmiş və ən bahalı döyüş təyyarəsi olaraq qəbul edilir. “Yırtıcı quş” (Raptor) adlanan bu reaktivlər ilk dəfə İraq və Suriyada İŞİD-ə qarşı istifadə olunub.

ABŞ Hərbi Hava Qüvvələrində 180 ədəd F-22 təyyarəsi var.
Geri dön