Ana Sayfa > Karusel / Hadisə / M2 > Cinayətkar dəstə ifşa olundu

Cinayətkar dəstə ifşa olundu


26-04-2016, 14:40. Yazar: Xeberaz
Cinayətkar dəstə ifşa olundu

Paytaxtda quldurluq edən dəstə yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Xəbəraz.az "-a verilən məlumata görə, aprelin 24-də Nəsimi rayonunun D.Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb edib. Lakin səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Saatlı rayon sakini Asim Əliyev və Ağsu rayon sakini Amal Allahverdiyev tutulublar.

Onlardan 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd tibbi maska götürülüb.
Geri dön