Ana Sayfa > Karusel / Dünya / M2 > Mogerini Türkiyənin AB-yə üzv olmasından danışdı

Mogerini Türkiyənin AB-yə üzv olmasından danışdı


26-04-2016, 14:31. Yazar: Xeberaz

Mogerini Türkiyənin AB-yə üzv olmasından danışdı
Türkiyə Avropa Birliyinə üzvlükdən hələ çox uzaqdır.

"Xəbəraz.az " xəbər verir ki, bunu Fransa mətbuatına açıqlamasında Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini söyləyib. Onun sözlərinə görə, Türkiyə ilə danışıqlar bu ölkənin modernləşdirilməsi üçün yeganə imkandır.

Qeyd edək ki, Türkiyə artıq illərdir Avropa Birliyinə girmək üçün mübarizə aparır. Brüssel Ankara qarşısında AB-yə girməsi üçün 72 şərt irəli sürüb. Ankara bunlardan yalnız 38-ni reallaşdıra bilib. Hazırda Avropa Birliyinə üzv olmaq üçün əsas namizədlər Albaniya, İslandiya, Makedoniya, Serbiya, Türkiyə və Monteneqro hesab edilir.

Geri dön