Ana Sayfa > Karusel / Dünya / M2 > İran ABŞ-ı beynəlxalq məhkəməyə verir

İran ABŞ-ı beynəlxalq məhkəməyə verir


26-04-2016, 14:12. Yazar: Xeberaz

İran ABŞ-ı beynəlxalq məhkəməyə verir

Rəsmi Tehran Vaşinqtona qarşı beynəlxalq cinayət məhkəməsinə iddia hazırlayıb.

"Xəbəraz.az " RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə İran prezidenti administrasiyasının Beynəlxalq hüquq mərkəzinin məmuru Məhəmməd Cəhrami çıxış edib.

Buna səbəb ABŞ-ın İranın Mərkəzi Bankına aid olan dondurulmuş iki milyard dollarlıq aktivi qaytarmaqdan imtina etməsi olub.

Sözügedən məbləğ 1983-ci ildə Livanda partlayış qurbanı olan amerikalı ailələrə ayrılacaq.

Rəsmi Tehran isə bu qərarı “oğurluq” kimi qiymətləndirir.

Geri dön