Ana Sayfa > Karusel / İdman / M2 > Zidanın klubu ingilislərə qarşı

Zidanın klubu ingilislərə qarşı


26-04-2016, 13:35. Yazar: Xeberaz
Zidanın klubu ingilislərə qarşı
Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

Axar.az xəbər verir ki, ilk qarşılaşma İngiltərədə baş tutacaq.

Burada “Mançester Siti” İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. Maraqla gözlənilən qarşılaşmanı türkiyəli referi Cüneyt Çakır idarə edəcək.

Qeyd edək ki, hər iki komandanın heyətində ciddi itkilər var. Meydan sahiblərinin heyətində Yaya Ture zədəlidir. Madrid klubunda isə zədəsi olan Kərim Benzemanın meydana çıxıb-çıxmayacağı sual altındadır.

Oyunun start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək. Cavab görüşü isə mayın 4-də, Madriddə keçiriləcək.

Finala vasiqə qazanan digər klub isə “Atletiko Madrid" (İspaniya) – “Bavariya” (Almaniya) duelinin qalibi olacaq.
Geri dön