Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Türkiyə Azərbaycandan qaz idxalını artırdı

Türkiyə Azərbaycandan qaz idxalını artırdı


26-04-2016, 13:02. Yazar: Xeberaz
Türkiyə Azərbaycandan qaz idxalını artırdı

Türkiyənin təbii qaz idxalı bu ilin fevralında 14,5 faiz azalaraq 3 milyard 964 milyon kubmetrə geriləyib.

Buna səbəb Türkiyənin Rusiyadan qaz idxalını 26,45 faiz azaltması olub.

Sözügedən ay Rusiyadan qaz idxalı 1 milyard 808 milyon kubmetrə qədər düşüb. Ötən ilin fevralında isə bu rəqəm 2 milyard 459 milyon kubmetr təşkil edib.

Türkiyənin Azərbaycandan qaz idxalı bu ilin fevralında 14,09 faiz artaraq 558 milyon kubmetrə yüksəlib.
Geri dön