Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə İŞİD-in “Katyuşa”larını məhv etdi - Qisas

Türkiyə İŞİD-in “Katyuşa”larını məhv etdi - Qisas


26-04-2016, 12:59. Yazar: Xeberaz

Türkiyə İŞİD-in “Katyuşa”larını məhv etdi - Qisas

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) Kilis vilayətindən 21 kilometr məsafədə Rakka şəhərində yerləşən İŞİD-ə məxsus raket kompleksi təsbit edib. "Xəbəraz.az " xəbər verir ki, Türkiyəyə doğru tuşlanan “Katyuşa” (Qrad) raket kompleksi hava hücumu nəticəsində məhv edilib. Hücum zamanı 8 terrorçu öldürülüb. Xatırladaq ki, bu vurulan “Katyuşa” raket kompleksi 22 Aprel günü Kilisi atəşə tutan kompleksdir. Türkiyə bu kompleksi məhv etməklə o gün həyatını itirən 14 yaşlı Mahmud Əmrə Arslan və 4 uşaq anasının, eləcə də yaralanan suriyalı uşaqların qisasını alıb. Yanvarın 9-dan bu günə qədər İŞİD hücumlarına qarşı aparılan cavab tədbirləri nəticəsində 492 terrorçu zərərsizlşədirilib.
Geri dön