Ana Sayfa > Karusel / Gündəm / M2 > Hərbçilər üçün “WhatsApp” yaradılacaq

Hərbçilər üçün “WhatsApp” yaradılacaq


26-04-2016, 12:47. Yazar: Xeberaz
Hərbçilər üçün “WhatsApp” yaradılacaq
ABŞ hərbçilər üçün “WhatsApp”ın yeni versiyasını tərtib etməyi planlaşdırır.

"Xəbəraz.az " -ın “vistanews.ru” saytına istinadən məlumatına görə, aparıcı müdafiə tədqiqat layihələri agentliyi (DAPRA) özünün rəsmi saytında yüksək müdafiəyə malik məlumat mübadiləsi xidmətinin tərtibi ilə bağlı hesabatını dərc edib.

Yeni servis veb-brauzerin və mobil əlavənin köməyi ilə, əsgərlər və idarəedici mərkəzlə rabitə qurulması üçün istifadə olunacaq.

DAPRA-da qeyd edirlər ki, bu gün silahlı qüvvələrdə istifadə olunan proqram təminatı sındırılmağa və məlumatların ələ keçirilməsi üçün olduqca çox həssasdır Yeni proqram təminatının tərtib ediləcəyi təxmin edilən müddət hələlik məxfi saxlanılır.
Geri dön