Ana Sayfa > Karusel / Hadisə / M2 / Fotogalereya > Sabunçuda məktəbli intihar etdi

Sabunçuda məktəbli intihar etdi


20-04-2015, 13:45. Yazar: Xeberaz
Sabunçuda məktəbli intihar etdi
Cinayət işi başlanıb.

Bakıda intihar hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Ruslan Həsənli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

İntihar edən R. Həsənli orta məktəb şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön