Ana Sayfa > Karusel / Hadisə / M2 > Gürcüstanda azərbaycanlı gənc özünü asdı

Gürcüstanda azərbaycanlı gənc özünü asdı


25-04-2016, 21:10. Yazar: Xeberaz
Gürcüstanda azərbaycanlı gənc özünü asdı

Gürcüstanın Batumi şəhərinin yaxınlığında 24 yaşlı azərbaycanlı gənc intihar edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, intihar edən gənc Marneuli rayonunun Böyük Muğanlı kənd sakinidir.

Kənd sakinlərinin məlumatına görə, Ural Həsən oğlu Ələkbərov Türkiyədə ali təhsil alıb və arxeoloq ixtisasına yiyələnib. Məlumatda bildirilib ki, intihar edən gənc Türkiyədə çalışırmış. İntihar edən gəncin üzərində özünün xətti ilə yazılan məktub aşkarlanıb. Gənc qardaşına ünvanladığı məktubda “Mən axırıncı günlərimi yaşayıram. Sizdən üzr istəyirəm. Gəlib öz vətənimə çata bilmədim. Heç kimdən şübhələnməyin, özüm-özümü asmışam”, - kəlmələrini yazıb.
Geri dön