Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə İŞİD ilə əlaqədə şübhəli bilinən 954 xarici vətəndaşı həbs edib

Türkiyə İŞİD ilə əlaqədə şübhəli bilinən 954 xarici vətəndaşı həbs edib


25-04-2016, 17:25. Yazar: Vusale
Türkiyə İŞİD ilə əlaqədə şübhəli bilinən 954 xarici vətəndaşı həbs edib

Türkiyə hökuməti Suriya hadisələri baş verəndən bəri İŞİD ilə əlaqədə şübhəli bilinən 954 xarici vətəndaşı həbs edib.

Xəbəraz.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada çıxışı zamanı jurnalistlərə bildirib.

İ.Kalın onu da qeyd edib ki, İŞİD ilə əlaqədə şübhəli bilinən 41 min nəfərin ölkəyə girişinə qadağa qoyulub.

Mətbuat katibi bildirib ki, 3300 xarici vətəndaş şübhəli bilinərək, deportasiya edilib, 2800 xarici vətəndaş isə saxlanılıb.
Geri dön