Ana Sayfa > Karusel / Hadisə / M2 > Oğru ər-arvadı döydü-8 minlik qızıl apardı

Oğru ər-arvadı döydü-8 minlik qızıl apardı


25-04-2016, 14:25. Yazar: Xeberaz
Oğru ər-arvadı döydü-8 minlik qızıl apardı

Cəlilabad rayonunda oğurluq hadisəsi olub.

Bizimyol.info Daxili İşlər Nazirliyinin saytına isitnadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon sakinləri Azər Mirzəyevə və arvadı Təranəyə taxta parçası ilə xəsarət yetirib evdən 1000 manat pul, 8000 manat dəyərində qızıl əşyalar və 2 ədəd mobil telefon aparmış şəxs müəyyən edilib.

Cəlilabad sakini Qalib Abdullayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön