Ana Sayfa > Karusel / İqtisadiyyat > Əhalinin banklarda 7 milyarddan çox əmanəti var

Əhalinin banklarda 7 milyarddan çox əmanəti var


14-03-2015, 12:33. Yazar: Xeberaz
Əhalinin banklarda 7 milyarddan çox əmanəti var
18,6 milyard manat kredit verilib.

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 10,4 faiz artaraq fevral ayının 1-i vəziyyətinə 7,1 milyard manata çatıb.

Xeberaz.az istinadən Oxu.Az a xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, 2015-ci il fevralın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,6 milyard manat məbləğində kredit ayırıblar.

Verilmiş kreditlərin həcmi 2014-cü il fevral ayının 1-i ilə müqayisədə 19,6 faiz artmış, onun 79,3 faizi və ya 14,7 milyard manatı uzun müddətli olub. Kreditlərin 1,0 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib.
Geri dön