Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > İki rayonda qaz olmayacaq

İki rayonda qaz olmayacaq


24-04-2016, 17:04. Yazar: Xeberaz

İki rayonda qaz olmayacaq
Aprelin 25-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Xəbəraz.az "a daxil olan məlumata görə, təmir müddətində Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Geri dön