Ana Sayfa > Karusel / Hadisə / M2 > 9 yaşlı yaşlı uşağın meyiti 4 gün sonra tapıldı.

9 yaşlı yaşlı uşağın meyiti 4 gün sonra tapıldı.


24-04-2016, 16:46. Yazar: Xeberaz
9 yaşlı yaşlı uşağın meyiti 4 gün sonra tapıldı.
21 apreldə Kür çayında batan 9 yaşlı Əhmədov Şükür Fəxrəddin oğlunun cəsədi tapılıb.
"Xəbəraz.az " xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində Şirvan su kanalında (ən yaxınlıqdakı məntəqədən 6 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 2007-ci il təvəllüdlü, Şükür Əhmədovun cəsədi batdığı yerdən 5 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilibş

Əməliyyat saat 14:59-da başa çatıb.
Geri dön