Ana Sayfa > Karusel / Gündəm / M2 > Sabah üçün HAVA PROQNOZU

Sabah üçün HAVA PROQNOZU


24-04-2016, 13:02. Yazar: Xeberaz
Sabah üçün HAVA PROQNOZU
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 19-24, Bakıda gecə 9-11, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 21-26 dərəcə isti, dağlarda gecə -1-6 gündüz 12-17 dərəcə isti olacaq.
Geri dön