Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda yol qırğını davam edir: 4 ölü, 24 yaralı

Azərbaycanda yol qırğını davam edir: 4 ölü, 24 yaralı


24-04-2016, 12:28. Yazar: Xeberaz
Azərbaycanda yol qırğını davam edir: 4 ölü, 24 yaralı
Son sutka ərzində Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarında 4 nəfər dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, aprelin 23-də ölkədə ümumilikdə 16 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən şəxslərdən başqa daha 24 nəfər də yaralanıb.

Gün ərzindəki ən ağır yol qəzası İmişlidə baş verib. Burada "Ford Transit" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması hər iki sürücünün ölümünə, daha bir neçə nəfərin isə yaralanmasına səbəb olub. Şəkidə və Bakının Nərimanov rayonunda isə piyadalar yol qəzasının qurbanı olub.

Hər bir faktla bağlı araşdırma aparılır.
Geri dön