Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiyanın ən gözəl qızı seçildi - FOTO

Rusiyanın ən gözəl qızı seçildi - FOTO


19-04-2015, 13:59. Yazar: Xeberaz
Rusiyanın ən gözəl qızı seçildi - FOTO
Finalda 50 qız iştirak edib.

“Miss Rusiya-2015” müsabiqəsinin qalibi tituluna Yekaterinburq şəhərindən olan 21 yaşlı tələbə Sofiya Nikitçuk sahib çıxıb.

Xeberaz.az Lenta.ru-ya istinadən xəbər verir ki, ikinci yerə Çita şəhərindən Vladislava Yevtuşenko, üçüncü yerə isə Voronejdən Anastasiya Naydenova layiq görülüb.

Müsabiqənin qalibinə 3 milyon rubl dəyərində pul mükafatı, avtomobil, brilyantlarla və mirvariylə bəzənmiş ağ qızıldan eksklüziv tacı təqdim olunub. Həmçinin o Rusiyanı “Miss Dünya” və “Miss Kainat” gözəllik müsabiqələrində təmsil etmək hüququnu qazanıb.

Qeyd edək ki, yarışın finalında Rusiyanın müxtəlif şəhərlərindən 50 qız iştirak edib.













Geri dön