Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Xəzərdə Rusiyaya məxsus gəmi yanır - Ölən var+Yenilənib

Xəzərdə Rusiyaya məxsus gəmi yanır - Ölən var+Yenilənib


23-04-2016, 13:43. Yazar: Xeberaz
Xəzərdə Rusiyaya məxsus gəmi yanır - Ölən var+Yenilənib
Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

"Xəbəraz.az " Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Rusiya KİV-in yaydığı məlumata görə, gəmidə 1 ekipaj üzvü ölüb, digər 18 ekipaj üzvü xilas edilərək yaxınlıqdakı gəmiyə köçürülüblər. Məlumata görə, tankerdə neft məhsulları olmayıb.

Rusiya FHN-nin Cənub regional mərkəzinin nümayəndəsi bildirib ki, yanan tankeri söndürmək artıq faydasızdır və yanğının bitməsini gözləmək lazım gələcək.
Geri dön