Ana Sayfa > Karusel / İdman / M2 / Gənclərimiz > QAFQAZ İDMAN KLUBUNUN MƏŞQÇİLƏRİNDƏN HƏRBİÇİLƏRİMİZƏ DƏSTƏK

QAFQAZ İDMAN KLUBUNUN MƏŞQÇİLƏRİNDƏN HƏRBİÇİLƏRİMİZƏ DƏSTƏK


23-04-2016, 12:23. Yazar: Xeberaz
QAFQAZ İDMAN KLUBUNUN MƏŞQÇİLƏRİNDƏN HƏRBİÇİLƏRİMİZƏ DƏSTƏK
Qafqaz İdman Klubunun məşqçiləri başda Rafael Qasımov olmaqla, məşqə hərbi salam verərək başlayırlar.
Rafael Qasımov QAFQAZ İDMAN KLUBUNUN rəhbəri olaraq "Xəbəraz.az -a açıqlama verdi ki, biz bu addımı atmaqda məqsədimiz Şəhidlərimizi yad etməklə yanaşı Ali Baş Komandana və Qüdrətli ordumuza dəstək olmaqdır. Güc birliyimizi göstərərək demək istəyirik ki, biz idmançılar daim ordumuzun yanındayıq! Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Bu danılmaz həqiqət və təsdiq olunmuş faktdır. Çox fərəhləndirici haldır ki, bu gün idmana dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Bu gün burda əziyyət çəkib tər tökən hər bir idmançı sabah vətənə laiqli övlad kimi vətənin müdafiəsində dayanacaqdır. Əllərində üç rəngli bayraqla deyəcəklər Qarabağ bizimdir, bizim olacaq !!!
Geri dön