Ana Sayfa > Karusel / Dünya / M2 > 3 gəmi istismara verildi

3 gəmi istismara verildi


22-04-2016, 15:30. Yazar: Vusale
3 gəmi istismara verildi

Aprelin 22-də prezident İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda inşa edilən «Üfüq», «Zəfər» və «Turan» sərnişin gəmilərinin istismara verilməsi mərasiminə qatılıb.

president.az saytının xəbərinə görə, SOCAR prezidenti Rövnəq Abdullayev və «Xəzər Dəniz Gəmiçiliyi» QSC-nın sədri Rauf Vəliyev dövlət başçısına yeni gəmilər barədə məlumat veriblər.

Azərbaycan neftçilərini dəniz platformalarına aparacaq bu gəmilərin inşasına 2014-cü ilin oktyabrında başlanmışdı.



Geri dön