Ana Sayfa > Karusel / Hadisə / M2 > Türkiyədə yenə partlayış törədildi

Türkiyədə yenə partlayış törədildi


22-04-2016, 15:00. Yazar: Vusale
Türkiyədə yenə partlayış törədildi

Türkiyənin cənub-şərqində hərbi maşının partladılması nəticəsində azı 3 əsgər ölüb.

Anadolu agentliyinin aprelin 22-də yaydığı məlumata görə, insident Tunceli və Elyazıq şəhərlərini birləşdirən yolda baş verib.

Məlumata görə yola bomba qoyulubmuş.

Bu bölgədə əsasən kürdlər yaşayır.

PKK 2015-ci ilin iyulunda Türkiyə hökuməti ilə atəşkəs sazişindən çıxdıqdan sonra paytaxt Ankara və İstanbul da daxil olmaqla ölkədə vaxtaşırı partlayış və hücumlar törədilir.

Həmin vaxtdan bu yana 350-dən çox polis və əsgər də daxil olmaqla yüzlərlə adam ölüb.
Geri dön