Ana Sayfa > Karusel / Gündəm / M2 > Ankarada terrorçu-kamikadze tutuldu

Ankarada terrorçu-kamikadze tutuldu


22-04-2016, 00:46. Yazar: Xeberaz
Ankarada terrorçu-kamikadze tutuldu
Ankarada terrorçu-kamikadze olduğu ehtimal edilən şəxs saxlanılıb.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları Suriya ilə həmsərhəd Hatay əyalətindən gələn sərnişin avtobusunu yoxlayarkən sərnişinlər arasında İstanbul məhkəməsinin qərarı ilə axtarışda olan şəxsi aşkar ediblər.

Saxlanılan şəxsin 26 yaşlı Qars sakini olduğu bildirilir. Onun “Əl Qaidə” terror təşkilatının üzvü olduğu və qruplaşma tərəfindən kamikadze qismində terror aktı törətməyə hazırlandığı qeyd olunur.
Geri dön