Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda binada yanğın:2 nəfər xilas edildi, 17 sakin təxliyə olundu

Bakıda binada yanğın:2 nəfər xilas edildi, 17 sakin təxliyə olundu


21-04-2016, 21:34. Yazar: Xeberaz

Bakıda binada yanğın:2 nəfər xilas edildi, 17 sakin təxliyə olundu

Bakıda yanğın hadisəsi qeydə alınıb"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzildə baş verib.

Yanğın nəticəsində, mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və təhlükəsizlik məqsədilə binadan 17 nəfər sakin təxliyə olunub. Yanğından mənzil mühafizə olunub.

Geri dön