Ana Sayfa > Karusel / Hadisə / M2 > “Maşın dərəyə aşdı - Ölən və yaralananlar var

“Maşın dərəyə aşdı - Ölən və yaralananlar var


21-04-2016, 21:04. Yazar: Xeberaz
“Maşın dərəyə aşdı -  Ölən və yaralananlar var
Bakı-Qazax magistralının 349-cu km-də ağır yol qəzası baş verib.

"Xəbəraz.az " Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşısında gedən “Qazel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “VAZ 2107” yoldan çıxaraq dərəyə aşıb. Bu zaman avtomobildə olan adı hələlik bilinməyən bir qadın dünyasını dəyişib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan 22 yaşlı Arzu Musayev və 31 yaşlı Ələsgər Məmmədov dərhal Gəncə şəhər TTYX-a aparılıb. Faktla bağlı araşdırma aparılır.



Geri dön