Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > ''Bircə siqaret götürmüşəm'' - Kameraya düşən oğru (VİDEO )

''Bircə siqaret götürmüşəm'' - Kameraya düşən oğru (VİDEO )


21-04-2016, 17:22. Yazar: Xeberaz

 ''Bircə siqaret götürmüşəm'' - Kameraya düşən oğru (VİDEO )
Marketdən oğurluq anbaan kameralara düşdü. Oğru iş başında tutulub. Saxlanılan şəxs əvvəllər həmin marketdə fəhlə işləyib.

Göyçay rayonunda oğurluq etmək istəyən şəxs Mühafizə Polisinin çevikliyi nəticəsində iş başında yaxalanıb.

Hadisə rayonun M.Ə Rəsulzadə küçəsindəki marketlərin birində qeydə alınıb. Əvvəllər həmin marketdə fəhlə işləyən rayon sakini Pənah Əlibala oğlu Rzayev gecə saatlarında içəriyə daxil olaraq oradan soyğunçuluq etmək istəyib. Bu zaman DİN-nin Baş Mühafizə İdarəsinin mərkəzləşdirilmiş siqnalizasiya sistemi işə düşüb. Dərhal BMİ-nin Göyçay regional mühafizə şöbəsinin əməkdaşları operativ qrupla hadisə yerinə çatıblar. Soyğunçuluq etməyən istəyən şəxs zərərsizləşdirilib.

Geri dön