Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt / Məşhurların Taleyi > “Sinəmi göstərmədiyim üçün...” - Fotolar

“Sinəmi göstərmədiyim üçün...” - Fotolar


21-04-2016, 16:11. Yazar: nishat
“Sinəmi göstərmədiyim üçün...” - Fotolar
“Game of Thrones” serialında Cercei Lannister xarakterini canlandıran 42 yaşlı aktrisa Lena Headey “Entertainment Weekly” qəzetinə müsahibə verib.

Aktrisa serialda çılpaq səhnələrə çəkilmədiyi üçün tənqid atəşinə tutulduğunu bildirib.

“Serialdakı o səhnələrdən sonra yazılan şərhlər məni şoka saldı. İnsanlar sinəmi göstərmədiyim üçün məni qeyri-peşəkar adlandırdılar. Mənim çılpaqlıqla işim bitib, belə səhnələrdə köməkçi aktrisalardan istifadə edirik”,-deyə aktrisa bildirib.

Lena “Utanc yürüyüşü” səhnəsində ona bənzəyən aktrisa Rebecca Van Cleavenin rol aldığını söyləyib:

“Rebecca Van möhtəşəm bir rol oynadı, onun üçün də çətin idi. Mən anayam, övladlarım var. Mənim yerimdə olan hər kəs bu addımı atardı”.

Qeyd edək ki, Headeyin 6 yaşlı Wylie Loughran adında bir oğlu, ötən ilin iyun ayında doğulan qızı var.

Aktrisa qızının atasının kim olduğunu deməsə də, dedi-qodulara görə, həmin şəxs 39 yaşlı aktyor Pedro Paskaldır.
“Sinəmi göstərmədiyim üçün...” - Fotolar
“Sinəmi göstərmədiyim üçün...” - Fotolar
“Sinəmi göstərmədiyim üçün...” - Fotolar
“Sinəmi göstərmədiyim üçün...” - Fotolar
Geri dön