Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bu il meyvə az olacaq

Bu il meyvə az olacaq


21-04-2016, 15:21. Yazar: Xeberaz

Bu il meyvə az olacaq
Bu il yağan yağıntılar nəticəsində taxıl bol olacaq, çünki torpaqlarda nəmlik çoxdur.

"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Bu il bəzi meyvələrin məhsuldarlığının nisbətən az olacağını deyən E.Əlizadənin sözlərinə görə, aprel ayı ərzində yağan yağışlar tez çiçəkləyən ağacların - alça, şaftalı, gilas və albalının məhsuldarlığına ziyan vurub. Buna görə də bu il onların məhsuldarlığı az olacaq. Amma ümumiyyətlə isə bu il məhsul bol olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ümumilikdə bu ilin birinci rübündə ölkə ərazisinə düşən yağıntıların miqdarı çox olub. Yanvar-fevral aylarında, xüsusilə də yanvarda ölkə ərazisinə düşən yağıntıların miqdarı normadan çox olub.

Xatırladaq ki, bu il iyulun 20-dən avqustun 5-dək olan müddətdə Azərbaycanda quraqlığın müşahidə olunacağı gözlənilir. Quraqlığın Kür-Araz ovalığında - Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcəyi proqnozlaşdırılır.

Meyvəçilik təsərrüfatının sahibi olan fermer Həsən Həsənov isə bildirmişdi ki, quraqlıq yay meyvələri ilə müqayisədə payız və qış meyvələrinə daha çox təsir edir. Çünki yay ayları ərzində ağaclarda payızda yığılan meyvələr formalaşır. Quraqlıq olduqda isə payız meyvələri susuzluğun təsirindən böyümür, onların keyfiyyətləri azalır.

Paylaş Tweet Paylaş
Geri dön