Ana Sayfa > Karusel / Maraqlı / M2 > “Samsung”dan yenilik: “Weather Channel”

“Samsung”dan yenilik: “Weather Channel”


21-04-2016, 15:10. Yazar: Xeberaz
 “Samsung”dan yenilik: “Weather Channel”




“Samsung” şirkəti real zaman rejimində hava dəyişikliklərini izləməyə imkan verən “Weather Channel” proqramını istifadəyə verib.

"Xəbəraz.az "-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, yeniliyi artıq “Galaxy Apps” onlayn əlavələr mağazasında əldə etmək mümkündür.

“Samsung” şirkəti ABŞ-ın “The Weather Channel” hava proqnozu telekanalı ilə əməkdaşlıq şəraitində özünün yeni əlavəsini tərtib edib. Bu hava proqnozu telekanalı ən nüfuzlu kanallardan biridir və 30 ildən artıqdır efirdədir. Yenilik istənilən an baş verən hava dəyişikliklərini izləməyə imkan verir. Proqramı hazırda “Galaxy S7 Edge”, “Galaxy Note 5” və “Galaxy S6 edge+” kimi cihazlarda istifadə etmək mümkündür.

Geri dön