Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Məniməsədə təqsirləndirilən şirkət nümayəndəsi: "Pulum olanda qaytaracam"

Məniməsədə təqsirləndirilən şirkət nümayəndəsi: "Pulum olanda qaytaracam"


21-04-2016, 13:45. Yazar: Xeberaz
İ





Məniməsədə təqsirləndirilən şirkət nümayəndəsi: "Pulum olanda qaytaracam"


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli ifadə verib. T.Rəhimov ifadəsində pulunun olmadığını, gələcəkdə mənimsədiyi pulları geri qaytaracağını bildirib.
Ə.Səfərli MMC-yə dəyən zərəri tələb edib. O, T.Rəhimovun ödəniş etməyə cəhd etməsindən sonra güzəştə gedəcəyini vurğulayıb. Proses aprelin 28-nə təyin edilib.



Qeyd edək ki, “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174,5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.
Geri dön