Ana Sayfa > Karusel / Hadisə / M2 > Sumqayıtda avtomobilin vurduğu şəxsin üzərindən yük maşını keçib

Sumqayıtda avtomobilin vurduğu şəxsin üzərindən yük maşını keçib


21-04-2016, 12:42. Yazar: Xeberaz
Sumqayıtda avtomobilin vurduğu şəxsin üzərindən yük maşını keçib

Sumqayıtda avtomobilin vurduğu şəxsin üzərindən yük maşını keçib.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, aprelin 20-də saat 20 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində qəsəbə sakini Nizami Əliyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən şəhər sakini Əlişirin Qasımovu vurub və bu zaman müəyyən edilməmiş yük avtomobili Ə.Qasımovun üzərindən keçib. Ə.Qasımov hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) araşdırma aparır.
Geri dön