Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda sərxoş kişi intihara cəhd edib

Bakıda sərxoş kişi intihara cəhd edib


21-04-2016, 01:23. Yazar: Xeberaz

Bakıda sərxoş kişi intihara cəhd edib




APA-nın məlumatına görə, 1975-ci il təvəllüdlü Quliyev Elçin Arif oğlu Babək prospekti ilə Yusif Səfərov küçəsini birləşdirən tunelin üstünə çıxaraq, özünü atacağı ilə hədələyib.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. İntihara cəhd edən şəxslə psixoloji söhbət aparılıb.

Nəticədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları E.Quliyevi fikrindən daşındırıblar. İntihara cəhd edən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılıb.


Bakıda sərxoş kişi intihara cəhd edib

Geri dön