Ana Sayfa > Karusel / Dünya / M2 > Ruhani “əxlaq polisi”ndən imtina etdi

Ruhani “əxlaq polisi”ndən imtina etdi


20-04-2016, 21:32. Yazar: Xeberaz
Ruhani “əxlaq polisi”ndən imtina etdi

İran prezidenti Həsən Ruhani ölkədə təcavüz hallarının qarşısının alınması, hicablı qadınların təhlükəsizlik məqsədilə yoxlanılması üçün nəzərdə tutulmuş 7 min polisə vəzifə verilməsinə qarşı çıxıb.

Xarici KİV-ə istinadən məlumatına görə, Ruhani “əxlaq polisi” kimi tanınan 7 min polisin işə başlamasını tənqid edib.

“Qanunları tətbiq etmək istisna olmaqla xalqın ümumi və şəxsi həyatına müdaxilə etmək haqqımız yoxdur. Xalqa qarşı ilk vəzifəmiz onun şərəf və şəxsiyyətinə hörmət etməkdir. Allah insanlara şərəf bəxş edib və bu şərəf də dindən öncə gəlir”, - deyə prezident söyləyib.


Geri dön