Ana Sayfa > Karusel / Dünya / M2 > Kabildə ölənlərin sayı 64 nəfərə çatdı

Kabildə ölənlərin sayı 64 nəfərə çatdı


20-04-2016, 14:36. Yazar: Xeberaz
Kabildə ölənlərin sayı 64 nəfərə çatdı

Əfqanıstanın paytaxtı Kabildə törədilən hücumda ölənlərin sayı 64 nəfər çatıb.

Bundan başqa 347 nəfərin yaralandığı bildirilir.

Bu barədə aprelin 20-də daxili işlər nazirliyinin sözçüsü Sediq Sediqqi məlumat verib.

Bundan əvvəl 28 nəfərin öldüyü bildirilirdi.

İntiharçı aprelin 19-da minalanmış maşını təhlükəsizlik xidmətinin binası qarşısında partladıb, bundan sonra isə yaraqlılar binaya hücum edib.

Ölən və xəsarət alanların əksəriyyəti mülki sakinlərdir.

Hücuma görə cavabdehliyi taliban üzərinə götürüb.
Geri dön