Ana Sayfa > Karusel / Siyasət / M2 > Dövlət Agentliyi Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Dövlət Agentliyi Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib


20-04-2016, 12:40. Yazar: Xeberaz
Dövlət Agentliyi Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Virtualaz.org saytının məlumatına görə, agentlik 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. İddia ərizəsində istifadə hüququ ilə asfalt-beton qurğusu layihələndirilməsi və tikintisi üçün “Azəri” MMC-nin istifadəsinə verilmiş dövlətə məxsus 2,98 ha torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 fevral 1993-cü il tarixli sərəncamının ləğv edilməsi istənilib. Lakin məhkəmə iddianı təmin etməyib. İş üzrə üçüncü şəxs qismində “Azəri” MMC göstərilib.

Həmin qərarla razılaşmayan agentlik isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən birinci instansiya məhkəməsinə qaytarıb.
Geri dön