Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda sabiq icra başçısına hökm oxundu - 8 il 6 ay

Azərbaycanda sabiq icra başçısına hökm oxundu - 8 il 6 ay


20-04-2016, 12:31. Yazar: Xeberaz
Azərbaycanda sabiq icra başçısına hökm oxundu - 8 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-ə istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmənin hazırlıq iclasında o həbs edilib.

Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Geri dön