Ana Sayfa > Karusel / Dünya / M2 > Breivik-lə bağlı qərar çıxacaq

Breivik-lə bağlı qərar çıxacaq


20-04-2016, 12:14. Yazar: Xeberaz
Breivik-lə bağlı qərar çıxacaq

Aprelin 20-də Norveç məhkəməsi kütləvi qırğın törətmiş Anders Behring Breivik-in iddiası üzrə qərar çıxaracaq. O, həbsxana şəraitinin hüquqlarını pozduğunu iddia edir.

Breivik 2011-ci ildə paytaxt Osloda 77 nəfəri qətlə yetirib. Utoya adasında Əmək partiyasının gənclik təşkilatına məxsus yay düşərgəsində dincələnlərə atəş açmışdı.

37 yaşlı Breivik-ə 21 illik cəza kəsilib. O, hökumət və həbsxana rəsmilərini məhbəsdə ona qoyulan məhdudiyyətlərə görə məhkəməyə verib. İddia edir ki, üzərində axtarış aparılması, poçtunun yoxlanması, həbsdə təcrid “qeyri-insani” davranışdır.

Hökumət isə sərt şərtləri Breivik-in hələ də cəmiyyətə təhlükə yaratmasıyla izah edir.
Geri dön