Ana Sayfa > Karusel / Gündəm / M2 > Neftçi olduğu ehtimal edilən meyit tapıldı

Neftçi olduğu ehtimal edilən meyit tapıldı


20-04-2016, 12:07. Yazar: Xeberaz
Neftçi olduğu ehtimal edilən meyit tapıldı

Xəzər dənizinin Türkmənistan sahillərindən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Tapılmış meyitin «Günəşli» yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən biri olduğu ehtimal edilir.

Nazirlik bildirir ki, istintaq qrupu «BE-200ÇS» amfibiya tipli təyyarə ilə cəsədin tanınması və ölkəyə gətirilməsi məqsədilə Türkmənistana göndəriləcək.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Bu zaman 64 neftçidən 34-ü xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb.

Bir müddət bundan öncə isə Xəzərin Türkmənistan sahilindən daha bir meyit aşkarlanmışdı. Sonradan həmin meyitin də itkin neftçilərdən biri olduğu aydınlaşmışdı.
Geri dön