Ana Sayfa > Karusel / İdman / M2 > Prosineçki serblər əleyhinə - Abidə üçün o da pul verəcək

Prosineçki serblər əleyhinə - Abidə üçün o da pul verəcək


20-04-2016, 11:42. Yazar: Xeberaz

Prosineçki serblər əleyhinə - Abidə üçün o da pul verəcək
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki vətənində abidə ucaldılması üçün toplanacaq vəsaitə yardım edəcək.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə telegraf.rs saytı məlumat yayıb.

Bildirilir ki, xorvat məşqçi “Xorvatiyanın qələbəsi – Fırtına 95” adlı abidənin ucaldılmasına kömək edəcək. Abidə Knin şəhərində ucaldılacaq. Lazım olan 800 min avronu Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, nazirlər, Zaqreb meri Milan Bandiç və keçmiş futbolçulardan Zvonimir Boban, İqor Ştimats və Robert Prosineçki toplayacaq.

Qeyd edək ki, bu abidənin qoyulması 200 min serbiyalının Xorvatiyadan qovulması ilə əlaqədardır.
Geri dön