Ana Sayfa > Karusel / Siyasət / M2 > Bakı Vaşinqtonla əməkdaşlığı gücləndirir

Bakı Vaşinqtonla əməkdaşlığı gücləndirir


19-04-2016, 14:20. Yazar: Xeberaz
Bakı Vaşinqtonla əməkdaşlığı gücləndirir

ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında təcrübə mübadiləsinə həsr olunmuş görüş və təlimlər keçirilib.

Axar.az xəbər verir ki, Komitənin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin komitə ilə əməkdaşlığını, müxtəlif mövzularda treninqlərin keçirilməsini yüksək qiymətləndirib.

N.Rəhimovun sözlərinə görə, ABŞ təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir:

“Ölkənin iqtisadi siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayan, intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın stimullaşdırılması, kontrafakt malların dövriyyəsinə qarşı mübarizənin genişləndirilməsi və s. kimi sahələrdə işlərin yerinə yetirilməsinə yardım edən patent sistemi sahəsində dövlət siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə ABŞ təcrübəsinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir”.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiyini, ikitərəfli əlaqələrin dostluq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb. Prezident İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə iştirak etmiş ABŞ səfirinin müavini ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə, qeyri-neft sektorunun xüsusi roluna diqqət ayrıldığını məmnunluqla ifadə edib. Xüsusilə biznesdə innovasiyaların, yeni texnologiyaların tətbiqi, azad rəqabət şəraitində əqli mülkiyyət hüquqlarının qorunması məsələlərinin aktuallığını qeyd edən Derek Hoqan keçirilən ikitərəfli tədbirlərin vacibliyini bildirib.
Geri dön