Ana Sayfa > Karusel / M2 > AzTV-nin əməkdaşına yeni vəzifə verildi

AzTV-nin əməkdaşına yeni vəzifə verildi


19-04-2016, 12:09. Yazar: Xeberaz
AzTV-nin əməkdaşına yeni vəzifə verildi

Dövlət Statistika Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri - mətbuat katibi vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, Komitənin sədri Tahir Budaqovun müvafiq əmri ilə tanınmış telejurnalist Elməddin Quliyev ictimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi təyin edilib.

1984-cü il təvəllüdlü E. Quliyev Sumqayıt Şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb. 2006-2007-ci illərdə Silahlı Qüvvələrdə hərbi xidmət keçdikdən sonra Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin (AzTV) İnformasiya Proqramları Studiyasında müxbir vəzifəsində fəaliyyətə başlayıb. Eyni zamanda elektron və çap mətbu orqanlarında müxtəlif janrlı məqalələrlə də çıxış edib. Ailəlidir, 3 övladı var.

Geri dön