Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Sabah Azərbaycanda yeni dəmir yolu körpüsünün təməli qoyulacaq

Sabah Azərbaycanda yeni dəmir yolu körpüsünün təməli qoyulacaq


19-04-2016, 11:49. Yazar: Xeberaz
Sabah Azərbaycanda yeni dəmir yolu körpüsünün təməli qoyulacaq

Aprelin 20-də Azərbaycan Respublikasının Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Lent.az-a verilən xəbərə görə, təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.
Geri dön