Ana Sayfa > Karusel / M2 / Texnologiya > “Apple” şüşə korpuslu yeni “iPhone” istehsal edəcək

“Apple” şüşə korpuslu yeni “iPhone” istehsal edəcək


19-04-2016, 11:28. Yazar: Xeberaz
“Apple” şüşə korpuslu yeni “iPhone” istehsal edəcək

“Apple” korporasiyası 2017-ci ildə AMOLED displeylərinin xeyrinə nəinki LCD-ekranlardan imtina etmək, hətta şüşə korpusun xeyrinə alüminiumdan imtina edərək yeni “iPhone” istehsalını planlaşdırır.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bu barədə “KGİ Securities” şirkətinin analitiki Min-Çi Kuo bildirib.

Analitikin hesabatında deyilir ki, “Apple”in rəqibləri tez-tez öz smartfonlarının modellərinin konstruksiyalarının korpuslarını alüminiumdan istehsal edirlər. Məntiqlidir ki, “Apple” korporasiyasının rəhbərliyi yeni materiallarla işləməyə hazırlaşır.

Bundan başqa, Min-Çui Kuonun fikrincə, LCD ekranla müqayisədə daha nazik və çəki baxımından yüngül olan AMOLED displey şüşə korpusun hesabına çəkisi azca artan smartfonu kompensasiya etməyi bacaracaq.
Geri dön