Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Dünya Bankından İrəvan üçün qorxulu hesabat

Dünya Bankından İrəvan üçün qorxulu hesabat


19-04-2016, 11:25. Yazar: Xeberaz
Dünya Bankından İrəvan üçün qorxulu hesabat

Ermənistan əhalisinin 76 faizi yoxsulluq səviyyəsindədir.

Xəbəraz.az xəbər verir ki, bu barədə Dünya Bankının aprelin 8-də yaydığı hesabatda bildirilib. Mövzu ilə bağlı yazan Ermənistanın “168 jam” qəzeti ölkəsinin 3/4 hissəsinin kasıb olduğunu qeyd edib:

“Dünya Bankı gün ərzində 5 dollardan az xərcləyənləri yoxsul hesab edir. Hazırda Ermənistanda əhalinin 76 faizi gün ərzində 5 dollardan az xərcləyir”.

Qeyd edək ki, Ermənistan Milli Statistika Xidməti kasıblığın səviyyəsinin 30 faiz olduğunu açıqlayıb.
Geri dön