Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya qorxulu silahını sınaqdan keçirdi - Video

Rusiya qorxulu silahını sınaqdan keçirdi - Video


18-04-2016, 14:53. Yazar: Vusale
Rusiya qorxulu silahını sınaqdan keçirdi - Video
Rusiya Həştərxan vilayətində keçirdiyi “İsgəndər M” raketlərinin sınağının videosunu yayıb.
Axar.az xəbər verir ki, video Rusiya Müdafiə Nazirliyi tərəfindən təqdim olunub. Görüntülər aprelin 15-də qeydə alınıb. Raketin buraxılışı Kapustin Yar poliqonunda keçirilib. “İsgəndər M” 200 kilometr məsafədəki hədəfi məhv edib.
Qeyd edək ki, Kapustin Yar poliqonu Həştərxan vilayətinin şimalında, Qazaxıstan sərhədinə yaxın ərazidə yerləşir.



Geri dön