Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > “Space”dən Abbas Bağırovun ittihamlarına cavab: “Verilişə 45 dəqiqə gecikib”

“Space”dən Abbas Bağırovun ittihamlarına cavab: “Verilişə 45 dəqiqə gecikib”


18-04-2016, 13:41. Yazar: Vusale
“Space”dən Abbas Bağırovun ittihamlarına cavab: “Verilişə 45 dəqiqə gecikib”
Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə “Space” telekanalını ittiham edib.

Musavat.com xəbər verir ki, sənətçi səhər proqramına gecikdiyi üçün telekanala buraxılmadığını bildirib:

“Bu gün 9:30-da “Space” telekanalında canlı yayımda olmalı idim. Proqrama 5 dəqiqə gecikdiyim üçün telekanalın qapıda dayanan qeyri-peşəkar işçisi mənə dedi ki, “siz gecikmisiniz, ona görə mənə tapşırılıb ki, sizi verilişə buraxmayım”. Bu gündən sonra “Space” telekanalına çıxmayacağam. Qeyri-peşəkar işçilərə görə bu mənim qərarımdır. Onu da əlavə edim ki, bu günə kimi heç bir proqrama gecikməmişəm”.

"Space" televiziyasının icraçı direktoru Kamil Şahverdiyev əməkdar artistin ittihamlarına cavab verib. O müsavat.com saytına açıqlamasında müğənninin proqrama 45 dəqiqə gecikdiyini deyib: “Bizim telekanal heç bir müğənniyə qadağa qoymayır. Müğənni canlı yayıma gecikirsə, proqramın bütün istiqaməti dəyişir. Abbas Bağırov proqrama 5 dəqiqə deyil, 45 dəqiqə gecikib. 45 dəqiqə sonra gəlməsi məntiqsizlikdir. Abbas Bağırova qarşı hörmətsizlik edilməyib”.

Geri dön