Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD də neft hasilatını azaltdı

İŞİD də neft hasilatını azaltdı


18-04-2016, 12:47. Yazar: Vusale
İŞİD də neft hasilatını azaltdı

İŞİD terror təşkilatının gəlirləri ötən ilin ortalarından bu ilin martına qədər 30 faiz azalıb.

Xəbəraz.az xəbər verir ki, ABŞ-ın İHS Qlobal konsaltinq şirkətinin hesabatına görə, buna səbəb neft qiymətlərinin ucuzlaşmasıdır.

Qruplaşmanın aylıq neft gəliri 80 milyon dollardan 56 milyon dollara düşüb.

Həmin dövr ərzində İŞİD-in nəzarətində olan ərazilərdə neft hasilatının həcmi 33 min barreldən 21 min barrelə enib. Buna səbəb isə koalisiya qüvvələrinin neft infrastrukturunu bombalaması olub.
Geri dön