Ana Sayfa > Karusel / Hadisə / M2 > Xətai rayonu ərazisində avtoyuma menteqesinde qanlı dava

Xətai rayonu ərazisində avtoyuma menteqesinde qanlı dava


17-04-2016, 19:46. Yazar: Xeberaz
Xətai rayonu ərazisində avtoyuma menteqesinde qanlı dava

Dünən Bakıda yerləşən avtoyuma məntələrindən birində qanlı hadisə baş verib. Xətai rayonu ərazisində, F.Bayramov küçəsi 6 ünvanında Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Vüsal Sədrəddin oğlu bıçaqlanıb. Qarın və kürək nahiyəsindən 3 bıçaq xəsarəti alan 30 yaşlı şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Reanimasiya şöbəsində əməliyyat olunan V.Nəcəfovun vəziyyəti ağırdır və dindirilməsi mümkün deyil.



Hadisəni törədən 1991-ci il təvəllüdlü Əsgərov Namiq Şərif oğlu tutulub. Faktla bağlı cinayət işi başlanıb.
Geri dön