Ana Sayfa > Karusel / Hadisə / M2 / Foto-fakt > MƏhkumdan narkotik vasitə olan heroin aşkar olunub

MƏhkumdan narkotik vasitə olan heroin aşkar olunub


18-04-2015, 19:07. Yazar: Xeberaz

MƏhkumdan narkotik vasitə olan heroin aşkar olunub
Paytaxt polisi keçmiş məhkumdan xeyli narkotik maddə götürüb.


Xeberaz.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ans press-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1956-cı il təvəllüdlü Mehmam Alış oğlu Alışovdan 305,170 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön